TOEFL Test Of English as a Foreign Language – abituriyentlərin biliklərini sınamaq üçün xüsusi olaraq hazırlanmış tesdir. İmtahanın nəticələri ingilis dilli olmayan ölkələrin təhsil müəssisələri də daxil olmaqla bir çox universitetə qəbul üçün tələb olunur. TOEFL bir çox ölkədəki, xüsusən ABŞ, Kanada, İngiltərə, Avstraliya və Yeni Zelandiyadakı universitet və kolleclərdə geniş qəbul edilir. Viza və ya peşə lisenziyası almaq üçün də tələb oluna bilər.
İmtahan quruluşu
- Reading – (Oxuma) yazılı mətnləri müəyyən bir dildə, bu halda ingilis dilində anlamaq və şərh etmək bacarığıdır.
- Listening – (dinləmə) müəyyən bir dildə, bu halda ingilis dilində şifahi nitqi anlamaq və şərh etmək bacarığıdır. Dinləmək əsas ünsiyyət bacarıqlarından biridir və nitqi başa düşməyə və şərh etməyə imkan verir.
- Speaking – (danışma) öz düşüncələrinizi və fikirlərinizi şifahi ingilis dilində ifadə etmək bacarığıdır. Danışmaq əsas ünsiyyət bacarıqlarından biridir və söhbətlərdə fəal iştirak etməyə, digər insanlarla ünsiyyət qurmağa və düşüncələrinizi və mesajlarınızı ingilis dilində çatdırmağa imkan verir.
- Writing – (yazı) düşüncələrinizi və fikirlərinizi yazılı ingilis dilində ifadə etmək bacarığıdır. Yazı əsas ünsiyyət bacarıqlarından biridir və düşüncələrinizi, fikirlərinizi və məlumatlarınızı digər insanlara ötürmək üçün yazılı dildə qeyd etməyə imkan verir.
Qiymətləndirmə sistemi
Toplaya biləcəyiniz maksimum bal 120-dir. Bu qiymətləndirmə, bütün test tapşırıqlarını mükəmməl şəkildə yerinə yetirdiyiniz deməkdir.
4 hissənin hər biri ayrıca qiymətləndirilir və hər bir hissədən toplaya biləəcəyəniz maksimum – 30 baldır.
22-30 bal -yüksək bilik səviyyəsi
15-21-orta səviyyə
0-14-aşağı səviyyə
TOEFL qiyməti
2022-ci ildə testin qiyməti imtahan verən ölkədən asılı olaraq təxminən 200 dollardır. Bu qiymətə imtahandan əvvəl seçdiyiniz 4 universitetə nəticələrin göndərilməsi daxildir. Sınaqdan zəif keçdiyinizə əminsinizsə, nəticəsini sizə saymamağınızı xahiş edə bilərsiniz. Bu, testdən dərhal sonra, imtahan mərkəzində edilə bilər.
TOEFL testinə necə hazırlaşmaq olar
Əvvəlcə ETS veb saytında sınaqdan keçməyə çalışın.
Kitab oxuyun və danışmağa çalışın. Bu cür hazırlığa gündəlik bir saat ayırsanız, zamanla səviyyəniz nəzərəçarpacaq dərəcədə artacaqdır.
Hər gün ingilis dilindən istifadə edin. Dil təcrübəsi çox vacibdir: dostlarınıza ingilis dilində məktub yazın, podkastlara qulaq asın və ingilis dildə seriallara baxın, musiqi dinləyin.
Hazırlıq üçün çoxlu proqramlar var. Bəziləri pulludur, bəziləri isə yox. Sertifikatlı tətbiqlər ETS saytında verilmişdir. Hazırlıq üçün təlim videoları və YouTube kanalları da var.